Moderator.az saytı dünyanın ən bahalı heyvanlarının siyahısını təqdim edir. Onların qiymətləti müxtəlif kriteriyalara görə müəyyənləşir: təbii ki, tükənmək qorxusu olan və sayı çox az olan heyvanlar həddindən artıq bahalıdır. Bir də yaşama asanlıqla uyğunlaşan, müxtəlif məziyyətləri olan çöl heyvanların da qiyməri yüksəkdir. Xatırladaq ki, bu gün sürətlə inkişaf edən heyvan biznesi bu qiymətlərin qalxmasına şərait yaradır:
1.Ağ şir ”“ Yer üzündə bu şir cinsinin sayı cəmi 30 ədəddir. Buna baxmayaraq, xüsusi zooparklara sahib olan, heyvanları bir növ kolleksiya kimi toplayan multi-milyonçular ağ şirin axtarışlarından vaz keçmirlər. Amma həmin şirlərin özü yox, müxtəlif vasitələrlə həyata keçirilən artım nəticəsində dünyaya gələn balasının ilkin qiyməti 140 min dollardı.

2. Şimpanze- bir çox hərəkətləri eynilə insan kimi yerinə yetirən, sahibinə qarşı çox mehriban olan şimpanzelərin qiyməti 60-65 min dollar arasında dəyişir. Heyvan həvəskarları şimpanzeləri bir növ onları əyləndirən dost məqsədilə alırlar.
3.Savanna pişiyi- ancaq Afrikada yaşayan bu pişik eynilə xallı bəbiri xatırladır. Hətta onun kiçik, məcburi şəkildə
balacalaşdırılmış forması kimi də görə bilərik. Dövlətlilər arasında xüsusi pisik həvəskarları bu cins pişik üçün 22 min dollarından keçməlidirlər.
4.Avstraliya tutuquşusu- “Yaşıl qitə”x9dnin ekzotik təbiətinin nadir incilərindən biri də yalnız o coğrafiyada yaşayan tutuquşulardır. Həmin tutuquşular vizual baxımdan xüsusi üstünlüklərə malikdilər. Onlara Avstraliyanın yalnız üç adasında rast həlmək olar. Qiymətləri 16 min dollardan başlayır.
5.Amerika tutuquşusu- bu tutuquşu xüsusi gözəlliyə malikdir. İnsana məxsus olan bəzi hərəkətləri asanlıqla yamsılayır. Qırıq-qırıq danışa bilən bu quşların qiyməti 11 min dollardan başlayır.
Elmin Nuri

































































































