Dünya futbol tarixində bir çox oyunçular olub ki, onlar sərgilədiyi oyundan çox başqa xüsusiyyətləri ilə yadda qalıblar. O cür oyunçular koriyeralarını başa vurandan sonra da məhz həmin detalların hesabına insanların yaddaşlarında ilişib qalıblar. Kimi dalaşqanlığına görə, kimi qeyri adi saç düzümünə görə, kimi ən erkən qırmızı karta görə daha çox xatirələrdə yaşayıb.
Amma Moderator.az saytının təqdim etdiyi yazıdakı futbolçular isə öz ölkələrində və top qovduqları çempionatlarda qeyri-adi bir üstünlüklərinə - ləqəblərinə görə tanınırlar. Məsələn, İtaliya millisinin və “Yuventus”x9dun sabiq kapitanı Fabio Kannavaro ləqəbinə görə bütün Avropada məşhur idi. Ona çox güclü müdafiəçi olduğu üçün “Berlin divarı”x9d ləqəbini vermişdilər. Amma hər bir “Berlin divarı”x9d kimi, Kannavaronun da karyerasının “1990-cı ili”x9d oldu.
Maraqlı ləqəblərə sahib başqa futbolçular isə bunlardı:
Françesko Totti ”“ “Roma”x9d klubunun simvolu olan oyunçuya azarkeşlər “Romanın səkkizinci kralı”x9d ləqəbini veriblər. Futbolçu bütün karyerası boyu bu kluba və bu şəhərə sadiq olub.
Karlos Puyol - İspaniya millisinin və “Barselona”x9dnın əfsanələrindən olan müdafiəçinin ləqəbi “Tarzan”x9d olub. Niyəsini deməyə isə ehtiyac yoxdur. Tarzan meşədə necə məharətli idisə, Puyol da müdafiə xəttində o cür idi.
Tomas Rositski - Çexiya millisinin və “Arsenal”x9dın əsas oyunçularından olan yarımmüdafiəçinin ləqəbi “Kiçik Motsart”x9ddır. Bu “fəxri ad”x9d ona yarımmüdafiə xəttini orkestr kimi yığaraq yaradıcı futbol göstərməsinə görə verilib. Fərq ondadır ki, o, bir “Motsart”x9d kimi hələ də uğurlu “kosert”x9dlə yadda qalmayıb.
Zlatan İbrahimoviç ”“ ləqəbi “İbrakadabra”x9d. Yəqin ki, foks ustalarından “abra-kadabra”x9d kimi sözlər eşitmisiz. Bu zaman onlar həmin sözü deyərək, əlləri ilə nəsə foks göstərirlər. Futbolsevərlər isə Zlatana həmin ləqəbi ona görə veriblər ki, o, bu foksları ayaqları ilə göstərir.
Xavier Ernandes ”“ ləqəbi “Kiçik noxud”x9ddur. Uşaq vaxtı anası onu belə adlandırırmış. Amma etiraf edək ki, anasının təxmini doğru çıxıb. Çünki, bozbaşda noxud nə qədər dəyərlidirsə, o da Meksika millisi və “Real Madrid”x9ddə bir o qədər dəyərlidir.
Kriştiano Ronaldo - uşaq vaxtı ona futbol oynarkən pas ötürməyəndə, yaxud oyuna almayanda hər zaman ağlayarmış. Ona görə də Ronaldoya “Sulu göz”x9d deyərmişlər. İllər ötdü, o, ulduz futbolçuya çevrildi və “sulu gözlər”x9di “şor gözlər”x9də çevrildi.
Elmin Nuri



































































































