Moderator.az XX əsrdə qədim Azərbaycan sivilizasiyasını dünyaya tanıtdırmaq üçün ən çox cəhd edən alim-səyyah Tur Heyerdal haqqında maraqlı bir fərziyyəni diqqətə çatdırır.
Bu, vətənimiz Azərbaycanla bağlıdır. 20-dən çox əsər yazan Norveç aliminin əsərləri bir gün əsaslı araşdırılsa orada bəşəriyyətin gizli qalan sivilizasiyası ”“ Qobustan haqqında şokedici faktlar bütün dünyanı heyrətə salacaq.
1947-ci ildə nəhəng Sakit okeanın ucsuz-bucaqsız, sonu görünməyən intəhasızlığında cəmi 4 nəfərdən ibarət komandası ilə yola çıxan Tur Heyerdal bərk fikrə getmişdi. Müharibədən yeni çıxan bəşəriyyəti unutduğu vahid yaddaş sisteminə necə qaytarmaq barəsində düşünürdü. Həyatını təhlükəyə ataraq nəhəng okeana birgə səyahətə çıxdığı bus al onu bütün dünyada məşhurlaşdıracaqdı. Amma heç kəs bilməyəcək ki, Tur Heyerdal bununla bəşəriyyəti itmiş yaddaş sisteminə qaytarmaq üçün sivilizasiyalar arasındakı əlaqələrin əsas nəqliyyyat vasitəsi olan saldan istifadə edir. Müharibənin cəngindən yenicə xilas olmuş dünyanı öz yaddaşına səyahət etdirmək həm Tur Heyerdalın, həm də o salın əsas missiyası idi”¦
Biz bu yazıda dünyanın dörd bir tərəfini səyahət etmiş, məşhur səyyah, antropoloq Tur Heyerdal, onun səfərləri və elmi araşdırmaları haqqında danışmaq fikrindən uzağıq. O zatən “Odinin axtarışı ilə”x9d, “Adəmin ayaq izləri”x9d, “Ra ensiklopediyası”x9d və başqa 18 əsərdə bu səyahətlər haqqında danışıb. Əsas məqsədimiz Heyerdalın Azərbaycanla bağlı gördüyü işlərdir.
Amma Tur Heyerdalın bəlkə də ən mükəmməl araşdırmaları Azərbaycanla bağlıdır. Mərhum akademik Həsən Əliyevin dəvəti ilə ilk dəfə 1981-ci ildə Azərbaycana gələn məşhur səyyah Qobustandakı qaya rəsmlərini görən zaman çox təəccüblənib. Saatlarla kimsə ilə ünsiyyət qurmayaraq ancaq həmin rəsmləri araşdırıb. Bu rəsmlər vasitəsilə vətəni Norveçlə Azərbayacan arasında mifoloji bağlılığı kəşf edib. Bundan sonra isə araşdırmalarını davam etdirərək qədim azərbaycanlıların indiki skandinavların əcdadı olması fərziyyəsini irəli sürüb.
Tur Heyerdalın Azərbaycanda nüfuzunun əsas üç istiqaməti olub. O, Qobustanda qədim qayaüstü yazılardakı qayıq rəsmlərinə heyran olmuşdu və inanırdı ki, bu qayıqlar qamışdan düzəldilmişdi (bu növ qamış Xəzər sahili regionunda Salyan və Neftçala ərazisində yetişir) və onun özünün qurub sürdüyü qayıqlarla oxşar idi. Bu, əhəmiyyətli elmi nəticələrə aparıb çıxaran Xəzər gəmiçilik tarixinin öyrənilməsinə səbəb olmuşdur. İkincisi, Heyerdal Isa Səlimxanovun qalayın Cənub-qərbi Asiya və Cənubi Qafqaza Avropadan deyil, Hindi-çindən gətirildiyi fikrini dəstəkləmişdir. Nəhayət, Heyerdal Qafqaz və Skandinaviya xalqları arasında etnik əlaqələr nəzəriyyəsini işləyib.
Azərbaycanda apardığı araşdırmalar nəticəsində Qobustanın qədim Mesopatamiya mədəniyyətindən də qədim olması ideyasını irəli sürüb:
“Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”x9d.
Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür
Bunlar qamışdan düzəldilən qayıqların təsviridir. Yaxın Şərqdə baxdığım qayıqlara çox oxşayır. Hələlik fərqi onda görürəm ki, həmin qayıqlarda Günəşi disk, yaxud adam şəklində göstərmişlər. Qobustan qayalıqlarında isə Günəş tamamilə təbii şəkildə, özü də qayığın başında həkk olunmuşdur”x9d
Heyerdal Azərbaycanı dünyaya bir sirr kimi təqdim edir. Bu zaman isə qədim yazılı abidələrdən və xüsusi antropoloji üsullardan yararlanıb. Heyerdalın Azərbaycanla bağlı dünyaya çatdırmaq istədiyi başqa iki şok fərziyyəni isə növbəti yazımızda təqdim edəcəyik.
Elmin Nuri































































































