İnsanı heyrətləndirən 21 təbiət möcüzəsi - FOTOLAR

Hazırda oxunan: İnsanı heyrətləndirən 21 təbiət möcüzəsi - FOTOLAR

135545

Yer kürəsinin inciləri sayılan və insanları sehirləyən 21 ecazkar təbiət möcüzəsini bərabər kəşf etməyə başlayaq.xa0

Öncə deyək ki, Moderator.az - ın təqdim etdiyi bu təbiət incilərinin Yer üzündə mövcud olmasına bəlkə də inanmayacaqsınız:

Böyük Mavi dəlik -Beliz

Şimail Amerikanın füsünlar coğrafiyasında yerləşən xa0Beliz adlı kiçik dövlətin ərazisindədir. Bu gözoxşayan təbiət möcüzəsi tamamilə təbii surətdə meydana gəlib. Diametri 300, dərinliyi isə 125 metrə çatan dəlik yeraltı tektonik hərəkətlər nəticəsində səthə çıxır. Ecazkar görüntüyə malikdir


2.Plitvays gölləri - Xorvatiya xa0

Xorvatiyada yerləşən bu təbiət möcüzəsi ümumilikdə 16 göldən ibarətdir. Hər bir göl də pillələr və kiçik şəlalələrlə bir-birinə bağlanır. Rəsmdən gördüyümüz kimi gəzinti üçün salınan yollarla həmin şəlalələrin arası ilə gedib füsünkar gözəllikləri seyr etmək olar.

3.Uçan qeyzer - ABŞ

40 il əvvəl geotermik süxurlarda baş verən yeraltı təkanlar ardıcıl püskürmələrə səbəb oldu.Bu xa0 püskürmələrdən sonra meydana gələn rəngli minerallardan ibarət Uçan Qeyzer əsl təbiət möcüzəsidir. Amma onun başqa bir möcüzəsi isə daxilindəki püskürmələrin heç zaman ara verməməsidir.

4. Zhangye Danxia,xa0Çin

Milyon illər ərzində formalaşması təxmin edilən qum daşları ecazkar gözəlliyə malikdir. Sanki hansısa gizli əl burada ebru sənətinin nümunələrini yaratmağa çalışıb. Zanqye Danxia 2011-ci ildən etibarən beynəlxalq parklar siyahısına düşüb. Bundan sonra ora turist axını başlayıb.

5.Cizgili buzdağları -Antarktidaxa0

Antarktida insanlara bu dünyaya aid olmayan, böyük bir qar parçalarından ibarət torpaq təsiri bağışlayır. Lakin oradakı nəhəng buzdağları bəzən mavi, bəzən isə tamamilə ağ rənglərə çalaraq füsünkar təbiət gözəliyini əmələ gətirirlər. Bu zaman nəhəng buzdağının üzərində mavi və ağ rəngdən ibarət gözəl cizgilər yaranır.

6. Cəhənnəm qapısı -Türkmənistan

Diametri 70 metr olan Cəhənnəm Qapısının yaranma hekayəsi yuxarıda bəhs etdiyimiz uçan qeyzerin meydana gəlməsini xatırladır. Metan qazı istehsal edən bu nəhəng quyu 1971-ci ildə təbii qaz mənbələrini araşdıran rus elm adamları tərəfindən təsadüfən kəşf edilib. Elm adamlarının metan qazının ətraf mühitə təsirinin qarşısını almaq üçün alovlandırdığı quyu o gündən bu yana dayanmadan yanır.

7.Kote de Albatre-Fransa

Türkiyənin məşhur xa0Antalyasında şaquli qayaları görənlərimiz var. İndi isə gözlərimizi yumaq və həmin şaquli qayaların 130 km uzunluğunda və 100 metr hündürlüyündə ağ rəngli bir zolaq şəklində uzanmasını xa0xəyal edək. Amma bu xəyal deyil! Bu Fransanın məşhur Kote de Albatresi, yəni, xa0qaymaqdaşı sahili anlamını verən füsunkar bir təbiət hadisəsidir.xa0

8.Brus vadisi-ABŞ

Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən piramida formalı qayalardan ibarət təbiət möcüzəsidir. Bu sadəcə bir yarğan deyil. Külək, su və buz erroziyalarının təsiri nəticəsində əmələ gələn təbii rəsm əsəridir.

9. Salar de Uyni gölü -Boliviya

Dünyanın ən böyük duz gölü olan Salar de Uyni gündüzlər güzgü kimi parıldayan xa0üzəri buzla örtülü xa0 bir düzən səthə bənzəyir. İnsanlar yalnız onun üzərində yeriyən zaman gölün buz deyil, duz kristallarından ibarət olduğunun fərqinə varırlar.

10.Pamukqala -Türkiyə

Qardaş Türkiyədəki Dənizli bölgəsinin göz bəbəyi olan Pamukqala da dünyanın sehirləyici təbiət möcüzələrindən biridir. Həm də müalicəvi əhəmiyyəti olan bu füsünkar məkan dünyanın bir çox yerindən turistləri özünə cəlb edir.

11. Maori qayaları -Yeni Zelandiya

Yeni Zelandiyada sahil boyu yerləşən iti və yumru qayalar gözəl təbiət mənzərəsini əmələ gətiriblər. Bununla bərabər, yerli Maori sakinləri həmin əsrarəngiz gözəlliyə malik qayalar haqqında əfsanələr də yaradıblar. Onların sözlərinə görə, guya nə zamansa batan gəminin içindəki tərəvəz səbətləri sonradan qayalara çevriliblər. Amma bu təbii ki, bir əfsanədir. Əslinə qalanda isə, o qayalar nəinki gəminin, hətta insanın mövcud olmadığı Paleozoy erasında, yəni təxminən 65 milyon il bundan əvvəl başlayan erroziya nəticəsində yaranıblar.

12.Yeddi rəngli torpaq -Mavriki

Afrikanın kiçik ada dövlətlərindən olan Mavrikidə əfsanəvi Çamarel şəlalələsinin yaxınlığında yerləşir. Yeddi fərqli rəngdən ibarət qumlardan əmələ gəlib. Həmin rənglər qırmızı, qəhvəyi, mavi, sarı, yaşıl, bənövşəyi rənglərdir.

13.Divlər səkisi -Şimali xa0İrlandiya

Şimali İrlandiyanın yamyaşıl torpağı ilə, mavi okean arasında bağlantı yaradan bu qayalıqlar düz 60 milyon il xa0bundan əvvəl vulkan püskürməsi nəticəsində meydana gəlib.

14.Morain gölü - Kanada

Hər bir qarışı təbiət möcüzələri ilə dolu olan Kanadada xa0Morain gölü 3000 metr yüksəklikdəki dağlar arasında yerləşir. Buzlaqların əriməsi nəticəsində meydana gələn göl onu görən hər kəsi heyrətləndirir.

15.Kapodakya -Türkiyə

Türkiyədə yerləşən bu təbiət möcüzəsinin mənası, “nağıllardan xa0çıxan pəri bacaları”x9d anlamına gəlir. 60 milyon yaşı olan bu füsünkar təbiət möcüzəsi Türkiyənin Nevşəhir ərazisindədir. Dünyanın ən gözəl təbiət mənzərələri siyahısında yer alır.

16. Hveravellir Mineral Bulaqları - İslandiya

Dondurucu soyuqlarıyla ad çıxaran İslandiyada yəqin ki, heç kəs açıq havada hovuzun içinə girməyi xəyal etməz. Amma geoterminal bölgə olan Hveravellirdə bu mümkündür. Çünki orada yerin tərkindən çıxan qaynar mineral bulaqlar çox gözəl təbiət mənzərəsinin də yaranmasına səbəb olublar.xa0

17.Deadvlei - Namibiya

Ətrafındakı qızıl qumlara baxmayaraq, ağappaq parlayan Deadvleideki tamamilə qurumuş akasiya ağaclarından qalan gövdələrin yaratdığı mənzərə sanki bir tablonu xatırladır.

18.İquazu şəlaləsi - Braziliya və Argentinaxa0

Braziliya və Argentina sərhədinin xa0bir hissəsi olan nəhəng İguazu şəlaləsi möhtəşəm gözəlliyi ilə yanaşı 80 metr yüksəklikdən aşağı düşən suları ilə xa0təbiətin də serini tərənnüm edir.

19.Tsinqi de Bamaraka - Madaqaskar

Madaqaskar adasındakı xa0milli park kimi qorunan bu əsrarəngiz yer sanki əhənglənmiş qayalıqlardan ibarətdir. UNESCO-nin maddi mədəbi irs siyasıhısına da salınıb.

20.Qamış fleyta mağarası -Çin

Adını içində yetişən və fleyta düzəltmək üçün istifadə edilən qamışdan götürən bu mağara təbiət möcüzəsi olmaqla bərabər həm də qədim yazılarla diqqət çəkir. Turizm obyekti kimi xüsusi hazırlanan mağara gecələr işıqlandırılanda çox nəfis bir mənzərə əmələ gətirir.xa0

21.Prizma formalı bulaqlar -ABŞ

ABŞ-ın məşhur Yellostoun parkında yerləşən prizma formalı böyük bulaqlar sanki təbiət qoynunda açıq muzeydir. Yeraltı qeyzerlərin formalaşdırdığı bu ərazi dünyanın üçüncü, ABŞ-ın isə birinci müalicəvi təbiət zonası hesab edilir.


Hazırladı: Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin