Təbiətə xüsusi gözəllik gətirən ağaclardan biri də çinardı. Çox təəssüf ki, çinar bizi yalnız dekorativ quruluşu, ucalığı ilə maraqlandırıb. Amma alimlər qrupu onun yarpaq və oduncaqlarının əsl şəfa qutusu olmasını vurğulayırlar.
Moderator.az çinar yarpağının əsl şəfa, dərman bankı olmasına aid bir-neçə nümunəni təqdim edir:
Hələ yerə düşməmiş, budaqda tər vəziyyətdə olan çinar yarpağını qaynatdıqdan sonra bir neçə xəstəliyin müalicəsi məqsədilə istifadə etmək olar. Qaynadılmış məhlulun sümük və oynaq ağrılarının aradan qaldırılması, böyrək daşlarının təmizlənməsində çox böyük faydası var.

Əvvəlcə tər yarpağı qurudub, onu bir dəqiqədən artıq olmamaq şərtilə qaynar suda qaynadıb nisbətən ilıqlaşdırmaq lazımdır. İlıqlaşan məhlulu mütəmadi olaraq içdikdə yuxarıda sadaladığımız xəstəliklərə qalib gələ bilərik.
Məhlulu 15 gün içdikdən sonra 3 gün fasilə verilir. Sonra yenidən 15 gün hər səhər qəbul edilir.xa0
Çinar yarpağı yanıq və yaralar üçün də çox böyük əhəmiyyət kəsb edir. Qurumuş yarpağı çox qaynatmamaq şərtilə onu ilıqlaşdırıb yaranın və yanığın üzərinə çəkirlər. Ağrı və göynəmələrin qarşısını almaqla bərabər, dərinin yenidən bərpasını təmin edir.xa0
Diş ağrıları və diş əti xəstəliyi üçün də çinar yarpağından istifadə edə bilərik. Bu zaman xlorsuz suda qaynadılan məhlulla dişləri yumaq və ağzı yaxalamaq lazımdır.
Bu da son deyil! Dünyada müalicəsi tapılmayan epilepsiya xəstəliyi üçün də çinar yarpağından yararlana bilərik. Təbii ki, o bu mənfur xəstəliyi tam sağaltmayacaq. Bu mümkün deyil! Amma müvəqqəti olaraq xəstəliyin daşıyıcılarını sakitləşdirmək üçün istifadəsi məsləhət görülür. Yenə yarpağı qaynadıb onu soyuduruq. Sırf soyumuş məhlulu epilepsiya tutmaları zamanı xəstələrə verə bilərik.

Xüsusən də kompüter arxasında işləyən insanlar mütəmadi olaraq bel, boyun ağrıları ilə üzləşməli olurlar. Bu zaman da qaynadılmış çinar yarpağı köməyimizə gələcək. Suda qaynadıb ilıq halda içilməsi boyun və bel ağrılarının azalmasına kömək edər.xa0
Bu da hələ son deyil! Hamının qara kabusu olan sızanaqların bir nömrəli düşməni bəlkə də çinar yarpağıdır. xa0
Qaynadılmış yarpağı sızanaq oan yerlərə lay şəklində mütəmadi olaraq yerləşdirmək kifayətdir ki, qısa zaman ərzində bu fəsaddan qurtulaq.xa0
Elmin Nuri



































































































