Tezliklə soyuq, küləkli havalar yerini istilərə verəcək və beləcə dondurma mövsümü də başlamış olacaq. Amma unutmamalıyıq ki, dondurma özü ilə bərabər təkcə şirinlik deyil, həm də çeşidli risklər, təhlükələr gətirir.
Moderator.az həkimlərin bu barədə məsləhətlərini nəzərinizə çatdırır:
"Dondurmanın kalorisinin olması ilə yanaşı boğaz infeksiyalarına səbəb olması və son dövrdə allergik şikayətlərin artması diqqət çəkdiyini deyən tibb mütəxəssisləri bir sıra məsləhətlər görürlər.'İnfeksiya dövrü bitmədən dondurma yeməməli'. Üst tənəffüs yolu infeksiyası ilə mübarizədə immunitet sistemi hüceyrələrinin müdafiə mexanizmini meydana gətirdiyini, müdafiə hüceyrələri isə damar yolu və qanla boğaza çatır. Xüsusilə uşaqlarda dondurmanı ağızda tutaraq və əridərək yemələri xəstəliklərin qarşısını almağın ən təsirli yoludur. Sıx allergiya yaşayan və çox tez xəstə olan bir uşaq məktəb və infeksiya dövrü bitmədən dondurma yeməməlidir. Mövsümlərlə əlaqəli allergiya şikayəti olan kəslərdə bu dövrün daha çətin sovuşdurulmasına səbəb olur. Bununla birlikdə kilo idarəsi içində miqdarına və yanında istifadə souslara da mütləq diqqət yetirilməlidir. Meyvəli dondurma ilk seçimimiz olmalıdır. Fərqində olmadığımız, xüsusilə reflü şikayəti olanlarda südə qarşı allergiya 70% olduğu müəyyən edilib. Təbii olaraq hazırlanmış meyvəli dondurmalar ilk seçimimiz olmalıdır. Əslində şüurlu və çox tez yeyildiyində dondurmanın zərəri olmur. Həqiqətən süd qatılaraq hazırlanan, həddindən artıq şəkər əlavə olunmamış dondurmaların faydalı istiqamətləri də vardır. Məsələn; bol südlü sadə dondurma eyni zamanda yaxşı bir kalsium və az da olsa zülal qaynağıdır. Təbii meyvələrdən edilən dondurmalar isə meyvənin növünə görə həm antioksidan xüsusiyyət göstərir, həm də yaxşı bir C vitamini qaynağıdır. Dondurmanın miqdarına və nə qədər yeyilməyini nəzərdə saxlamaq lazımdır. Həftədə bir və ya ən çox 2 dəfə dondurma yeyin. Dondurmanı tox qarınına yeməyin. 2 kiçik sadə dondurmanı ayran, qatıq, süd kimi bəzi ağartı məhsullarının yerinə dəyişmə olaraq istifadə edə bilərsiniz. Dondurmanı yedikdən sonra soyuq su içməyin. Boğazınızın həssaslığını qorumaq üçün dondurma yedikdən sonra üzərinə 1 fincan ilıq su və ya 1 fincan nanə çayı içmək uyğun görülür. Dondurmanı yedikdən sonra diş sağlamlığınızı qorumaq üçün ağızınızı ilıq su ilə yaxalamaq faydalıdır".
































































































