Oğluna Hitler adı qoydu, valideynlik hüququndan məhrum edildi

Hazırda oxunan: Oğluna Hitler adı qoydu, valideynlik hüququndan məhrum edildi

130883
Amerikanın Nyu Cersi ştatında oğluna Adolf Hitler adı qoyan gənc özünə və ailəsinə qarşı aşağılayıcı münasibətdən şikayətlənib. 

Bu barədə news.com.au saytı xəbər verib. 2008-ci ildə İsidor Helf Kempbell və onun həyat yoldaşı Coys Lin üzərində “Ad günün mübarək, Hitler”x9d sözləri yazılmış tort sifariş ediblər. Tortu hazırlayan şirniyyat sexinin rəhbərliyi uşaq hüquqlarını müdafiə edən qurumlara şikayət edib və nəticədə ailənin iki uşağını əlindən alıblar. Kempbellin sözlərinə görə, uşaqların durumunu yoxlayandan sonra hər hansı pozuntu aşkarlanmasa da, onları valideynlik hüququndan məhrum ediblər. Kişi inanır ki, müxtəlif əqidənin daşıyıcıları ayrı-ayrı yaşamalı və bir-birinin həyatına müdaxilə etməməlidilər.

Bu münasibətdən qurtulmaq üçün Kempbell sənədli filmə çəkilib və film 5 apreldən etibarən internetdə yayılır. Filmdə amerikalı öz ailəsinin həyatından danışaraq öz baxış bucağını anladıb.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin