Alimlər hamilə tirannozavrın qalıqlarını aşkar ediblər

Hazırda oxunan: Alimlər hamilə tirannozavrın qalıqlarını aşkar ediblər

126932
Şimali Karolina universitetinin alimləri 60 milyon il bundan əvvəl yaşayan hamilə tirannozavrın qalıqlarını tapıblar. 

Moderator.az xəbər verir ki, tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Dişi tirannozavrın qalıqları Montana ştatında aşkar edilib. Paleontoloqlar medulyar sümüyün izlərinə əsaslanaraq hesab edirlər ki, o, yumurta qoymağa hazırlaşırdı.

Medulyar sümük yalnız dişi quşlarda yumurtanın qabığının möhkəmlənməsi üçün formalaşır.

Alimlər çoxdan təxmin edirdilər ki, yırtıcı teropod dinozavrlar yumurta qoyduqları üçün medulyar sümüyə malik olublar, və məhz bu qrup heyvanlardan sonradan müasir quşlar yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin