Dünyada ən çox zəngin insanların yaşadıqları şəhərlərin siyahısı açıqlanıb.
Moderator.az New York Times qəzetinə istinadən xəbər verir ki, siyahıya London və Nyu-York şəhərləri başçılıq edir.
Hesablama sərvəti 10 milyon dollardan çox olan insanların istifadə etdiyi ən yüksək səviyyəli yaşayış əmlakının sayına görə aparılıb.
Londonda belə insanların sayı 34 230, Nyu-Yorkda isə 32, 5 min təşkil edib.
Üçlüyü 24,4 min multimilyonerlə Honq Konq bağlayır. İlk onluqda həmçinin Los Anceles, Monako, Mayami, Dubay və Kan şəhərləri də var.
































































































