Amerikada qəribə hadisə baş verib.
Şakeiya Lonq adlı qadın əri ilə öpüşərkən onun dilini qoparıb. O, qopmuş dili bir neçə saniyə çeynədikdən sonra tüpürüb. 41 yaşlı ər dilinin parçasını götürərək yaxınlıqdakı polis məntəqəsinə qaçıb. O, polislərə hadisəni çətinliklə izah edib. Zərərçəkən xəstəxanaya aparılaraq, dili tikilib.
37 yaşlı Şakeiya Lonq hadisə ilə əlaqədar olaraq saxlanılıb. Onun məhkəməsi mart ayının 31-nə ertələnib. O, narkotik vasitələrdən istifadə etdiyini etiraf edib.(milli.az)

































































































