Rusiyalı kommunistlər Nikita Xuruşov barəsində cinayət açılmasını tələb edirlər.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, “Rusiya Komunistləri”x9d Patiyası ölkənin baş prokuroru Viktor Çaykaya müraciət edərək SSRİ-nin Baş katibi olmuş Nikita Xruşov barəsində cinayət işinin açılmasını tələb edirlər.
“Rusiyalı kommunistlər”x9d N. Xuruşovun 1956-ci ilin fevralın 25-də Kommunist Partiyasının 20-ci qurultayı zamanı qapalı iclasında “Şəxsiyyətə pərəstişlik və onun nəticələri”x9d barədə məruzəsi ilə bağlı cinayət işinin açılmasını istəyirlər.
Kommunistlər hesab edirlər ki, Stalinin şəxsiyyətinin cəmiyyətə pis mənada şəxsiyyətə pərəstiş kimi təqdim ediməsi kökündən yanlış və bu o dövrkü rəhbərliyin nəinki kobud səhvi, cinayəti hesab edilməlidir. Kommunistlər Rusiyanın prokurorluq və məhkəmə orqanlarından bu sənədin ekstremist meylləri alovlandıran bir sənəd olması haqqında qərar verməsini tələb edirlər.
“Rusiya Kommunistləri”x9d Partiyasının sədri Maksim Suraykin hesab edir ki, o dövrdə Stalini tənqid edib və onu şəxsiyyətə pərəstişlikdə ittham etmək çox yanlış idi və bu əslində bütövlükdə ölkəyə, o cümlədən sovet xalqına böyük zərbə oldu:
“İstisna etmirəm ki, belə bir məruzənin hazırlanmasında xarici kəşfiyyatın da olub. Xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsinin. Nəticədə bel bir sənədin hazırlanmasından sonra minlərlə insan, xüsusən də partiya üzvləri, veteranlar, kəşfiyyatçılar, alimlər, yazıçılar bunun ağır nəticələrini yaşadılar. Bu SSRİ-yə bir dağıdıcı zərbə vurdu.”x9d
Partiya sədri hesab edir ki, məhz bundan sonra Macarstanda, Almaniya Demokratik Respublikasında kommunistlərə qarşı terror hadisələri başlandı, rəngli inqilablar baş qaldırdı...






























































































