xa0
Rekviyem
xa0(Şirvan şikəstəsi üstündə)
xa0
Qəzet bazarında balans axtaran
bir az üzgün, bir az da küskün
qəzetçi qardaş!
Allah balansını saxlasın!
dili dabaq mətbuatın
gözündə itdirsəyi,
başında küy-kələyi görüb
reptil yazarlara
müsbət reputasiya axtarışında caydırdıq...
sutək dışarı-
dilsiz mətbuata quruca mirzəlik qalıb...
xa0
***
...cənnət ölkənin müsibət gələcəyi var, vallah!
gör kimin ümidinə qaldıq, a “qıvlasız”x9d!
qocaldıq da getdik yad yuvalarda!
buralarda-
diş qıcartısı,
pul işartısı,
mətbu mədhiyyə atına ucuz məmur noxtası,
üzüntü dənizində pirat qulamlar yaxtası
dədə-baba adətidi...
KİV-i “kivi”x9d bilib yeyənlərin
qondarma senzurası,
standart yazarların trafaret tonzurası
“reket”x9d qəzetlərə distillə cihazı-
şübhə dağarcığının dağar ifrazı
biz də bilirik, şərtidi...
susqunların kuşkulu quyruq bulamaları
monqol etalonuna bir reprizadı,
Qobidən gətirilmiş yarlıkda
hamı reketdi, osa xa0“monalizadı”x9d...
xa0
***
Üzgün qardaş,
burda, soyuq obalarda
qısır mətbuatın daimi donuşluq zonasında
“zon”x9dun yarımçıq "maradona"sı
neçə qəzetin "torbasını" xa0tikib...
sözü sağır fağır xa0tonda
boğub səsini qrammofonda
gah Londonda gəzir,
gah da Vaşinqtonda!
uzaqdan-uzağa da olsa
diribaşlara sabit qravitasiya,
dollarla sent,
dikbaşlara ağrıdıcı fənd-
“nol prosent”x9d...
gəl sən də bir ağız tərif elə
müşərrəfi şərəfləndir.
yanıb-yaxılanların,
varkən yox olanların
kütə gedən tirtov vaxtıdı,
burda hər şey saxtadı,
dollardan savayı-
o da ki qrant şəklində,
monqola havayı...
düşüncələr,
həyəcanlı ümidlər gipsdə,
səbrə qərarlı protez arxayınçılığı
dibsiz qəfəsdə...
yaş yazarlar, quru ədiblər
çörək hayında...
çəlləyə bənzər çılğın ciblərin
nəzir payında
sıçrayış var...
mətbu mədhiyyənin
vicdan “metallolomu”x9d
nəfsin sobasında
yanıb-yaxıldı
qələmin biçiminə uyarlıq,
talant testində aşkarlıq sindromu,
yazarın başına sonuncu patrontək sıxıldı...
öldük də getdik...
rəhmət belə oxumadılar...
xa0
xa0 xa0 xa0 xa0***
səni bilmirəm,
mən o adamlardan narazı deyiləm,
ay küskün qardaş!
qəzeti həvəngdəstədə
basıb əzmək də istedaddı,
bundan "sadist" ləzzəti almaq,
istəsən lap dözmək də istedaddı,
bu ölkədə mətbuat zaddı...qardaş...
neynək, a dərdin aldığım,
a dərdin aldığım, heyy!
Fəaliyyət Qurbanov


































































































