Kimdir onlar ”“ uzunömürlü əvəzedilməzlər?

Hazırda oxunan: Kimdir onlar ”“ uzunömürlü əvəzedilməzlər?

122582
30 ildir ki, ali postu tərk etməyən Yoveri Museveni Uqanda prezident seçkilərinin qalibi elan edilib.

Seçkidə müxalifətin 7 namizədi də iştirak edib. 71 yaşlı Museveni 1986-cı ildə baş vermiş beş illik vətəndaş müharibəsindən bu yana prezident postunu tutub. O Afrikanın ən “uzunömürlü”x9d liderlərindəndir.

Onun sonuncu prezidentlik müddəti 2006-cı ildə başa çatmalı idi, lakin o 2005-ci ildə konstitusiyadakı məhdudiyyət maddəsini ləğv etməyə nail oldu.

Amma Museveni dünyada ən görkəmli “uzunömürlü”x9d siyasətçi deyil. BBC-nin Rus xidməti belə liderlərdən bəziləri ilə maraqlanıb.

Başıtaclı “uzunömürlülər”x9d


Kimlər hakimiyyətə seçkilərlə, kimlər də çevrilişlərlə gəlir. Amma ən “uzunömürlü”x9d liderlər hakimiyyəti valideynlərindən miras almış monarxlardır.




Ən çox hökmdarlıq etmiş monarx taxt-taca 1946-cı ildə sahiblənmiş 88 yaşlı Tayland kralı Bhumibol Adulyadeydir.


Reytinqdə ikinci yeri Böyük Britaniya kraliçası və Britaniya Birliyi ölkələrinin lideri ikinci Elizabeth tutur. O, 63 ildir ki, taxt-tac sahibidir.

Liderlər üçlüyünə 68 yaşlı Bruney sultanı Həsənəl Bolkiyah da daxildir. O 1967-ci ildən sultandır.

Biz seçirik, yoxsa bizi seçirlər?

Lakin prezidentlik təsisatına və ya hər hansı başqa seçkili sistemə malik respublikalarda da “əzəzedilməz”x9d prezidentlər az deyil.


Üst-üstə ən uzun müddətdə, yəni tam 39 il Kamerun prezidenti Pol Biya hakimiyyətdə olub.

O hakimiyyətə 1975-ci ildə gəlib. Hakimiyyətinin ilk 7 ilində baş nazirlik edib, sonra isə prezident “seçilib”x9d. 82 yaşlı Biya 39 ildir ki, dövlət rəhbəridir və “yoruldum”x9d nədir bilmir.


İkinci yeri daha bir Afrika dövlətinin rəhbəri ”“ Anqola prezidenti Joze Eduardu duş Santuş tutur. O 73 illik ömrünün 36 ilini dövlət rəhbərliyinə həsr edib.


Robert Muqabe Zimbabveyə 1987-ci ildən prezidentlik edir, lakin o dünya prezidentlərinin siyahısında ən yaşlısıdır.


musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin