Bürcünüzə görə idman növünü öyrənin - Siyahı

Hazırda oxunan: Bürcünüzə görə idman növünü öyrənin - Siyahı

122457
İdman sağlam həyatın başlıca şərtlərindən biridir. Bəs hansı bürc hansı idman növü ilə məşğul olmalıdır?
 
Moderator.az bürclərə görə idman növlərini təqdim edir:
 
Qoç
 
Qoş bürclərinə ən uyğun idman növləri aykido, kikboks, tayboks sayılır. Əsəbi qoçlar qazanmağı sevdikləri üçün belə idman növlərini daha çox xoşlayırlar.
 
Buğa
 
Buğalar ovçuluq, üzgüçülük kimi idmanları sevirlər. Həmçinin bədən gücü tələb edən idman da hər zaman diqqətlərini cəlb edib.
 
Əkizlər
 
Sürətli və enerjili əkizlərin tennis kimi elastiklik idman növü ilə məşğul olmaları daha məqsədəuyğundur. Əkizlərin komanda şəklində olan idman növlərindən çox da xoşları gəlmir.
 
Xərçəng
 
Xərçəng bürcünün nümayəndələri üçün üzgüçülük, avarçəkmə ideal idman növləridir.
 
Şir
 
Futbol, basketbol yaxud tennis şir üçün ən ideal idman növüdür.
 
Qız
 
Nizamlı qız eyni zamanda çılğın idman növlərini sevir. Tennis, qolf, sörf kimi idman növləri qız bürcləri üçün uyğundur.  
 
Tərəzi
 
Zərif tərəzi bürcünün nümayəndələri daha çox zəkalarını istifadə edə biləcəkləri idman növlərinə üstünlük verirlər. Bu mənada şahmat onlardan biridir.
 
Əqrəb
 
Əsəbi və əzmli əqrəb bürclərinin sevimli idmanı rəqabətin ən yüksək zirvəsinə çatdığı qaçış, boksdur.
 
Oxatan
 
Hərəkəti sevən oxatanları oxatma, qılıncoynatmada da görə bilərsiniz, bilyard, fiqurlu konki sürmədə də.
 
Oğlaq
 
Oğlaqlar çox inadkardırlar. Buna kəşf etmək ruhu da əlavə olunanda oğlaq bürcləri üçün ən uyğun idman növü qaçış sayılır.
 
Dolça
 
Əyləncəli dolça bürcünün nümayəndələri stolüstü tennis, fitnes, futbol kimi idmanlarla maraqlana bilər.
 
Balıqlar
 
Həssas, həmçinin tənbəl balıqlar yoqa kimi yumşaq idmanlarla məşğul ola bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin