Belə görünür ki, Azərbaycan Müdafiə Nazirliyi, silahlı qüvvələrin Baş qərargahı Suriyanın şimalında gedən döyüşləri ən azından internet mənbələrinin köməyi ilə diqqətlə izləməlidir.xa0
Çünki Azərbaycan ordusunun silahlanmasına daxil edilən Rusiya istehsalı ən müasir T-90C tankları ilk dəfə real döyüş şəraitində məhz Hələb ətrafında gedən döyüşlərdə sınaqdan keçirilir.
Bir neçə həftə əvvəl Rusiyanın Suriyaya onlarla T-90A tankı (Azərbaycanın aldığı T-90C tankları ixrac üçün nəzərdə tutulan, daha təkmilləşdirilmiş versiyadır) göndərdiyi məlum olub. Həmin tanklar formal olaraq Suriya ordusunun sərəncamına verilib. Lakin tankların bir çoxunun heyət üzvləri ilə birlikdə Suriyadakı hərbi əməliyyatlar teatrına atıldığı haqda məlumatlar var.
Bəs hazırda dünyanın ən güclü tanklarından hesab olunan T-90 Hələb döyüşlərində özünü necə göstərir? “The Times”x9d qəzetinin yazdığına görə üsyançılar bu tanklar qarşısında aciz olduqlarını etiraf edirlər.xa0
Çünki Türkiyədən və Səudiyyə Ərəbistanından alınan, Amerika istehsalı tank əleyhinə raket sistemləri prezident Putinin şərəfinə “Vladimir”x9d də adlandırılan T-90 tanklarına qarşı tamamilə qeyri-effektivdir.
Bildirilir ki, hökumət qoşunları Latakiya və Tartus yaxınlığındakı hərbi poliqonlarda tələsik T-90 tanklarından istifadə təlimləri keçiblər. Təlimlərin ardınca tanklar ekipaj üzvləri ilə birlikdə Hələb ətrafındakı cəbhə xəttinə göndərilib.
Ötən həftə ilk dəfə tanklar Əsəd rejiminin hücum edən qüvvələrinə dəstək veriblər və üsyançılar Hələb ətrafındakı bir neçə strateji məntəqədən sıxışdırılıb. Bu zaman üsyançıların (“Əl-Nusra Cəbhəsi”x9d və Azad Suriya Ordusu qruplaşmaları) tank əleyhinə raketləri T-90 tanklarını vura bilməyib. Hansı ki, bundan əvvəl Suriya ordusunun sərəncamındakı T-72 tankları həmin raketlər üçün asan hədəf idi.
Qəzet yazır ki, T-90 tankları yaxınlaşan tank əleyhinə raketləri aşkar edən radarlarla təchiz olunub. Raket qeydə alınan kimi tank onu infraqırımızı şüa ilə kursdan yayındırır. Habelə tank gücləndirilmiş zirehlə təchiz olunduğundan raket hədəfə dəysə belə korpusu deşə bilmir və tanka zərər yetirmir.

“Jane”™s Defence Weekly”x9d nəşrinin Yaxın Şərq redaktoru Ceremi Binni deyib ki, onlar T-90 tanklarının qülləsinə bərkidilmiş qeyri-adi konteynerləri də müşahidə ediblər. Ehtimal olunur ki, həmin qurğu raketdən müdafiəni təmin etmək üçündür.xa0
Üsyançıların komandirlərindən biri deyib ki, Hələbin şimalında Əsəd ordusunun hücumu başlayanda onlar Rusiya istehsalı olan 80-dən çox tank görüblər. Və bu tankların heç birini vura bilməyiblər...
Xatırladaq ki, Azərbaycan Rusiyadan 200 T-90C tankı sifariş verib. Bu tanklardan ilk 100 ədədi iki il əvvəl silahlanmaya qəbul olunub və təlimlərdə sınaqdan keçirilib.xa0
İndi Suriya döyüşləri bu tankların Qarabağda mümkün hərbi əməliyyatlar zamanı nə dərəcədə effektiv olacağını göstərir.(virtualaz.org)
































































































