Hər kim olursunuzsa olun, sonsuz bir əzab çəkməyinizi istəyən və bütün varlığını buna həsr edən son dərəcə təhlükəli bir düşməniniz var, bu, şeytandır. Başqa sözlə desək, Allah tərəfindən lənətlənmiş və Onun hüzurundan qovulmuş olan iblis və onun ardıcılları.xa0
Moderator.az insanlıq tarixinin ən şeytan 5 qadınını sizlərə təqdim edir:
1. 19-cu əsrin əvvəlində Norveçdən müəllimə kimi gələn Belle Gunness (1850-1908) xa01.83 boyu və 91 kg ağırlığı ilə fiziki olaraq güclü idi. Bitmək bilməyən pul hərisi və xa0kəsgin bir zəkası var idi. Üçü öz uşağı olmaqla, rəsmi qaynaqlara görə ən azı 25 insanı öldürmüşdür. İddialara görə isə öldürdüyü insan sayısı 100-ü keçmişdir. O əvvəlcə qəzetdə yalnız olan Norveçli müəllimə kimi özünə ər axtardığına dair elan verir və pulu çox olan ən zəngin kişi ilə evlənirdi. Daha sonra şübhə çəkməmək üçün bir müddət keçməsini gözləyən şeytani qadın istədiyi zamanda xa0heç nədən xəbəri olmayan ərlərini ya parazid zəhəri ilə bəzən isə başlarına vurduğu sərt bir zərbə ilə öldürürdü. Daha sonra isə öldürdüyü ərlərini içində onlarla cəsəd olan evin altına basdırırdı. Sonda isə mərhum ərlərinin pulları özünə qalır və beləliklə hər evləndiyində zənginliyini artırırdı. Son ərini də öldürdükdən sonra evində xa0yanğın çıxdı və bir daha görünməmək üçün aradan çıxır. 40-dan çox kişiylə evləndikdən sonra mirasla və digər qanunlarla əldə etdiyi pullar, bu günümüzdə 6 milyondan daha çox təhmin edilir.
2. Dəfələrlə evlilik edən və hər dəfəsində ərlərinə işgəncə edən Ketrin Nayt Avstraliya tarixinə keçmişdir.11 yaşına qədər ailə üzvlərinin təcavüzünə məruz qalmışdır. 14 yaşında olanda özünə ən yaxın hiss etdiyi Andres intihar etdiyi üçün bir müddət depresiyada qalmışdır.Andresin ruhu davamlı onu ziyarət etdiyini söyləyirdi. Bir neçə il sonra xəyalındaki tək iş olan qəssablığa başladı və ətləri şiddətlə hissələrə ayırmaqdan, bıçaq istifadə etməkdən həzz aldığını ifadə edirdi.Sevgi belə onun şiddətli qisasını durdura bilmirdi.Əri olan Devıd adlı şəxsi yorğun evə gəldiyi üçün boğmağa çalışmışdı.Həmçinin o evləndikdən sonra bir gün əri evə gec gəldiyi üçün başına tava ilə vurmuşdu.Zərbə o qədər güclü olmuşduki ərinin kəllə sümüyü iki yerə ayrılmışdı.Daha sonra Devidi tərk edən Ketrin başqa birisinə aşiq olur. Həmin şəxsin 8 həftəlik itinin başını gözünün qarşısında kəsmişdi.Münasibətin başladığından bir neçə həftə sonra şəxsin çənəsini dəmirlə qırmış və onuda tərk etmişdi. Ketrin daha daha bir evlilik yaşayır və oğlan uşağı dünyaya gəlir.4-cü evliliyidə heç uğurlu olmamışdı. 29 fevral 2000-ci il tarixində həyat yoldaşı olan Conla uşaqlar evdə olmadığı vaxta dalaşırlar.Ancaq qadın 37 bıçaq zəbəsi xa0ilə ərini öldürür. Hələ ən böyük dəhşət təzə başlayırdı.Ketrin ərini öldürdükdən sonra dərsini soymuş və cəsədi parçalamışdır. Sonra ərinin başını qazana qoyub bişirməyə başlamışdır.Uşaqlar evə gəldikdə isə bişirdiyi ərinin ətini yedizirmişdir.
3. Dünyanın ən məşhur qatillərindən biri olan Vurnos eyni zamanda homoseksual həyat tərzi keçirmişdi.Anası altı aylıq ikən baba və nənəsinin yanına buraxmış və bir daha geri dönməmişdir. Vurnos 13 yaşında təcavüzə uğramış və uşaq dünyaya gətirmişdi.Buna görə də babası onu çölə atmışdı.Həyatda qalması üçün köhnə maşında yaşayan Vurnos qorxunc uşaqlıq dövrü yaşamış və insanlardan nifrət edəcək hala gəlmişdi.20 yaşında olarkən 70 yaşlı şəxslə evlənmiş, bir ay sonra ərini çəliklə döymüş və yenə küçəyə atılmışdı. Vurnos münasibətə girdiyi bəzi şəxsləri vəhşicəsinə öldürmüş və cəsədlərini meşədə basdırmışdı.O, 7 insanı öldürsədə 2 insanın cəsədi tapılmamış və 5 insanı öldürdüyünə görə edam cəzası verilmişdi.Edam edilməzdən əvvəl Vurnos xa0bildirmişdi: “etdiyim cinayətlərin altında qorxunc bir hiss yatır.Edam edilməliyəm.Əgər həbsdən çıxaramsa yenə cinayət edərəm”x9d.
4. Etdiyi cinayətlərə görə tarixdəki ən acımasız qadınlardan bir də Yelizabet olmuşdu. Yaşlanıb gözəlliyini itirəcəyini və vücuduna sürtdüyü qanın onu gözəlləşdirdiyini düşünən Yelizabet 600-dən çox bakirə qızı qaçırıb işgəncə çəkdirmişdi.Sonsuza qədər gənc qalması üçün qanlarını içmiş və qızların axan qanlarıyla çimmişdi.Xəstə ruhlu Yelizabet damına bağlandıqdan sonra 1614-cü ildə tək başına ölmüşdü.
5. Zəngin və gözəl olan Delifine Loleridə tarixdə acımasız qadınlardan sayılır.Bəziləri ona “mələk üzlü şeytan”x9d qadın deyirdi.Yaşadığı ev illərlə dəhşət binası olaraq anılırdı.1834-cü ildə evinin mətbəxində yanğın baş verir. Evə gələn yanğınsöndürənlər 70 yaşlı qadın xidmətçini yanan sobaya zəncirlənmiş halda tapırlar.Yaşlı qadın evin 3-cü mərtəbəsində gizli şeylərin olduğunu söylədikdən sonra oraya baxılmış və burada inləmə səsləri gələn bağlı qapı ilə qarşılaşmışdılar.Qapını qırdıqda isə geniş bir salonda cəsəd və leş qoxusu içində divara zəncirlənmiş insan bədənləri görmüşdülər.Kimisi yaşayan, kimisi ölü, kimi isə axan qanlarıyla çarəsiz vəziyətdə idilər.Bir adam cinsiyyət dəyişiminə məruz qalmış,başqa bir qadın ayaqları və qolları sındırılaraq kiçik bir qəfəsə salınmışdı.Ən qorxulusu isə başqa bir qadının vücudu xa0müəyyən nöqtələrdən deşilmiş halda tapılmışdı. Qaçırdığı insanların çoxusunun ağzını tikərək aclıqdan ölmələrini təmin etmiş və bir qisiminin isə dərilərini üzmüşdü.İşgəncə edilən kölələrdən həyatda qalanlar həkimlərə özlərinin öldürülmələri üçün yalvarmışdılar.Çünki acımasız qadının üzərində buraxdığı yaralar və şikəstliklər dözüləcək dərəcədə deyildir.xa0
Elşən Yəhyayev




































































































