Rusiyanın uzaq şərqindəki Primorski bölgəsində olan “Skotovski Safari”x9d parkında bir amur pələngi ona yem olaraq verilən keçi ilə dost olub.
Vəhşi pələngin qarnını doyurmaq əvəzinə keçi ilə mehriban davranması hər kəsi şoka salıb.
Təxminən 10 kvadrat kilometrlik bir parkda yaşayan Amur pələngini həftədə iki dəfə canlı yemlə bəsləyən park işçiləri, hər zaman olduğu kimi pələngin yanına bir keçi salıblar. Bundan sonra baş verənlər isə təkcə onları yox, bütün dünyanı heyrətə salıb və bu görüntülər son günlərin ən çox izlənilən videosu olub.
Musavat.com həmin maraqlı görüntüləri təqdim edir.

































































































