Moderator.az Rusiya KİV - lərinə istinadən xəbər verir ki, Fransa məhkəməsi eks prezident Nikola Sarkoziyə məxsus iki mobil telefonu Dominikan Respublikasından qaçaqmalçılıqla gərtirilən 680 kq - lıq, ümumi dəyəri 54 milyon dollar olan narkotik vasitə üzrə aparılan cinayət işi ilə əlaqədar götürülməsi qərarı verib və həmin telefonlar sabiq prezidentdən alınaraq istintaq orqanına təqdim edilib.
2013 - cü ilin mart ayından 2014 - cü ilin mart ayınadək olan dövrdə yer alan bu insident barəsində 1 noyabrda "Journal du Dominike" yazıb. Bu cinayətdə, hansı kı, mətbuat bunu “Havada Kokain”x9d (Air Cocaine) adlandırıb, bir sıra digər siyasətçilərin və iki pilotun - Paskal Fore və Buruno Odosun iştirakı araşdırılır.
Pilotlar həmin narkotikin onların xəbəri olmadan idarə etikləri təyyarəyə yerləşdirildiyini iddia edirlər. Həmin dövr üçün Nikola Sarkozinin telefonunda olan məlumatların öyrənilməsinə orderi Marsel məhkəməsinin hakimi Kristin Senye Rela verib.
Məqalədə qeyd edilir ki, narkotik Dassault Falcon 50 tipli təyyarədə gətirilib, hansı ki, ən azından həmin təyyarə üç dəfə, o cümlədən Parisdən Bordoya eks prezident tərəfindən istifadə edilib. Haradakı korrupsiya qalmaqalı ilə bağlı eks prezident dindirilib.
Bu reyslər üçün hesablar Nikola Sarkozinin yaxın dostu, kozino və elit otellər biznesində məhşur Stefan Kurbiyə məxsus olan LOV Group - maliyyə kompaniyası tərəfindən ödənilib. 2012 - ci ildə Fransua Olanda məğlub olan keçmiş prezidentin 2017 - ci il prezident seçkilərində yenidən dövlət başçısı postu uğrunda mübarizə aparmaqda qərarlı olduğu bildirilir. Onu Yelisey sarayına gətirə biləcək birinci addım onun müxalifət pariyası başçılığında keçirilən seçkilərdə inamlı qələbəsidir.
































































































