Moderator.az Rusiya KiV-lərinə istinadən xəbər verir ki, bu gün noyabrın 1 - də saat 18:03 - də Almaniyada keçirilən auksionda üçüncü reyxin rəhbəri Adolf Hitlerə məxsus gümüş əşyalar satılıb.
Satışı Andreaes Thies adlı auksion evi keçirib. Satışa əsasən gümüşdən olan nahar süfrəsi predmetləri, bakallar, qablar və Hitlerin istifadə etdiyi podsiqar çıxarılıb. Bütün məhsullarda fürerin insialları və üçüncü reyxin gerbi əks edilib.
Bir bakal üçün start qiymət 1.8 min avro, gümüş boşqab üçün 2.5 min avro, həmin materialdan olan podsiqar üçün isə 25 min avro təşkil edib.
Bundan əlavə auksionda nasist liderinin yoldaşı Yeva Brauna aid pudra qabı da təklif edilib ki, onun da start qiyməti 6 min avro təşkil edib.































































































