“Çimnaz Sultanovanın nə geyimi, nə də ki özünü aparmağı xoşuma gəlir. Bu açıqlamamdan sonra qalmaqal yaşandı. Çimnaz başladı haqqımda danışmağa. Onu təhqir etməmişəm, tənqid etmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova “Space maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi aylar əvvəl qalmaqal yaşadığı həmkarı Çimnaz Sultanovadan söz açıb. Nəzakət qarşı tərəfin səhnə obrazını lağa qoyaraq, onu yerdən yerə vurub.
“Çimnaz tənqidə təhqirlə cavab verdi. Onun söylədikləri heç bir etikaya uyğun deyil. Efirə çıxıb yalanlar danışdı. Mənə deyir ki, güya mənim 60 yaşım var. Amma bu doğru deyil. Öz şəxsiyyət vəsiqəmi də paylaşdım.
1973-cü ildə anadan olmuşam və 49 yaşım var. Nə yaşımdan, nə də ki xarici görkəmimdən narazıyam. Çimnaz məni təhqir etsə də, onun səviyyəsinə enib, eyni təhqirlərlə ona cavab vermədim. Çünki onun səviyyəsi harada, mənim səviyyəm harada. Uşaqlar Çimnazın verdiyi pozlarına baxıb, nə tərbiyə götürəcəklər? Heç nə. Mən rol oynamışam əzizim. Və o rolda sənin kimi insanları göstərmişəm. Sənin kimi qadınları lağa qoymuşam.
Göstərmişəm ki, sənin kimi Azərbaycanda təəssüflər olsun ki, belə qadınlar da var. Niyə görə azərbaycanlı bir xanım ayaqlarını yuxarı qaldırıb və ya orasını-burasını açıb şəkil çəkdirməlidir. Bu nəyə lazımdır?”.
Nəzakət Çimnazın ailəsinə sataşaraq, onu azərbaycan dilini bilməməkdə ittiham edib.
“Normal ana nə övladını, nə də ki həyat yoldaşını gizlətməz. Səndən fərqli olaraq mən Azərbaycan dilində səndən yaxşı və səlist danışıram”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:07 / 18.10.2022
Nəzakət Çimnazı BİABIR ETDİ - VİDEO
Hazırda oxunan: Nəzakət Çimnazı BİABIR ETDİ - VİDEO
Hazırda oxunan: Nəzakət Çimnazı BİABIR ETDİ - VİDEO
99940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.