“ATV xəbər” verilişinin aparıcısı Pərvin Əsgərli işindən ayrılıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamasında danışıb.
“Bu da son, daha bir yolun sonuna gəldik... “ATV” ilə yollarımı ayırdım. Hər kəsə uğurlar. Ən qısa zamanda yenidən görüşənədək, dostlar. Sevgi və hörmətlə, sizin Pərvin Əsgərli”, - deyə P.Əsgərli bildirib.
Rəşad Əliyev, Bizim.Media