İbrahim Borçalı: “Deyirlər ki, yenidən ata ol və Rəhimi unut” – VİDEO  

Hazırda oxunan: İbrahim Borçalı: “Deyirlər ki, yenidən ata ol və Rəhimi unut” – VİDEO  

99295

“Tənha olanda həyatın bir film olduğunu düşünürəm. Hamımız öz rolumuzu oynayıb, çıxıb gedirik. Bunu acımı yaşayandan sonra dərk elədim. Allah hamıya bir vaxt-vədə, ömür verib. Baxırsan ki, yanındakı insan bu gün var, sabah isə yoxdur.  

Rəhim Rəhimli övladım dünyasını dəyişəndə məni yığmamışdı. Amma özü vəfatından bir həftə əvvəl mənə zəng edib, söylədi ki, səni unutmaq istəyirəm. Bir də gördük ki, Rəhim yoxdur.

Buna görə də, hər günümüzün qədrini bilməliyik”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Oğlu Rəhimin vəfatı ilə barışa bilmədiyini, soyuqqanlı olduğunu söyləyən sənətçi, övladından xatirə qalan geyimləri geyindiyini açıqlayıb.  

“Rəhmətlik Aslan Hüseynov mənə deyirdi ki, sən “daş”san, bu itkiyə necə dözürsən? Mən anamın yoxluğuna dözə bilmirəm. Allah dərd verəndə səbr də verir. Bəlkə də o səbri həyat yoldaşımın və qızımın olmasına görə verir.  
Mənə söyləyirlər ki, yenidən ata ol və Rəhimi unut. Unutmaq mümkün deyil. O hiss hər zaman səninlə olacaq və birlikdə gedəcək. Taleyin bu işi ilə barışmıram. Axı niyə belə oldu? Çox acıqlıyam. Çox soyuqqanlı olmuşam. Atam yoxdur, amma anam yaşayır.  

Övlad itkisini heç kim yaşamasın. Allah şəhidlərimizə rəhmət eləsin. Oğlumdan bizə xoş xasiyyəti, gülər üzü, Vətənə bağlılığı qaldı. Onun bütün əşyaları evdə qalıb. Heç nəyə toxunulmayıb.  

Gündəlik geyindyim geyimlərin əksəriyyəti oğlumundur. Onun köynəklərini və cins şalvarlarını geyinirəm. İndi əynimdə olan cins şalvar da onundur”.  

Qeyd edək ki, Türkiyədə təhsil alan Rəhim karantin ərəfəsində Gürcüstanda qalıb. O, avtomobil qəzasında vəfat edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin