“20 yaşımda ailə qurmuşam. Bu il 37 yaşım olacaq. Tələbəlik illərində gələcək həyat yoldaşımla birlikdə universitetdə oxuyurduq. Evdəkilər bilirdilər ki, mən tələbə yoldaşımı sevirəm. Məsləhət olundu və mən də tez ailə qurdum. Tez evləndiyimə də peşman deyiləm”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxanı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə deyib.
Bir neçə ay əvvəl üçüncü dəfə ata olan söz xiridarı bildirib ki, illər əvvəl hərbi xidmətdə olanda onun qızı dünyaya gəlib.
“Oğlumun 16 yaşı var. O artıq ali məktəbə hazırlaşır. Mən evdə olmayanda, arxayınam ki, evdə kişi var. Qızımın 14 yaşı var. Bir neçə ay əvvəl də daha bir oğlum dünyaya gəldi. Allah bizə bir möcüzə göndərdi. Tələbə olduğum müddətdə, valideynlərim mənə korluq yaşatmadılar.
Övladlarım necə böyüdülər, heç bilmədim. Qızım dünyaya gələndə əsgərlikdə, hərbi xidmətdə idim. Həm mənim, həm də həyat yoldaşımın valideynləri övladlarıma baxdılar.
Üçüncü övladım, oğlum dünyaya gələndə onun bütün xərcini özüm çəkdim. O dünyaya gələndə daha çox məsuliyyəti hiss elədim. Oğlumun qırxı təzə çıxıb. O, istədiyi vaxt oyanır, istədiyi vaxt yatır. Allah bütün övladları qorusun”, - deyə T.Novxanı bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:10 / 14.10.2022
Tərlan Novxanı: "Hərbi xidmətdə olanda qızım dünyaya gəldi" - VİDEO
Hazırda oxunan: Tərlan Novxanı: "Hərbi xidmətdə olanda qızım dünyaya gəldi" - VİDEO
Hazırda oxunan: Tərlan Novxanı: "Hərbi xidmətdə olanda qızım dünyaya gəldi" - VİDEO
99274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.