"Elit star" Cəmilə ilə Nəzakət arasında DAVA: "Ayıb deyil, arxada nəsil var" - VİDEO 

Hazırda oxunan: "Elit star" Cəmilə ilə Nəzakət arasında DAVA: "Ayıb deyil, arxada nəsil var" - VİDEO 

99136

"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə aktrisa Nəzakət Məmmədova arasında canlı efirdə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, hər iki sənətçi ekspert qismində iştirak etdiyi "Ümid ilə gəl" ictimai-sosial verilişdə səsləndirdiyi sərt fikirlərlə bir-birini ittiham ediblər.  

Beləki bir müddət əvvəl Nəzakətin söylədiyi "Həyat yoldaşım qardaşım arvadı ilə mənə xəyanət edib" ifadələrinə Cəmilə sərt reaksiya nümayiş etdirib:

"Əllərini əsdirirsən, ayıbdır. Ailədə olan söhbət qapalı qalmalıdır. Dünya görə-görə gəlmişəm. Ailədə olan sirr ailənin içində olmalıdır. Sizin oğlunuz var. Qardaşına hörmət edən adam belə addım atmaz. Boşandınız, söhbət bağlandı.

Bunu niyə efirdə deyirsən. Qardaşının uşağı bu dəqiqə evdən küçəyə çıxa bilmir. Ayıb deyil?! O, ömür boyu da cəmiyyət arasında çıxa bilməyəcək. Bu nəsildən nəsilə keçəcək. Sən yalnız özün üçün yaşamırsan. Arxada nəsil var", - deyə Cəmilə fikirlərini ifadə edib.  
Qarşı tərəf  isə "Nə yaxşı sizə ayıb deyil ki, internetdə açıq-saçıq fotolarınız var. Ayıb sizin şəkillərinizdir. Mənə niyə ayıb olmalıdır ki?" sözləri ilə ittihamlara cavab verib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin