Zümrüd ilə Nigarın DOSTLUĞU BİTDİ – ÖZƏL  

Hazırda oxunan: Zümrüd ilə Nigarın DOSTLUĞU BİTDİ – ÖZƏL  

99047

Aparıcı Zümrüd Bədəlova Əməkdar artist Nigar Şabanova ilə dostluğuna son qoyub.

Bu barədə Zümrüd Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Aparıcı müğənnidən incikliyini bu cür ifadə edib:

“Nigar Şabanova aparıcılıq etdiyim “Xəbər-ətər” verilişinin mövsüm açılışının ilk qonağı idi. Xatırlayırsınızsa, digər aparıcılıq etdiyim “Söz-baz” maqazin verişində o, ilk dəfə  şəxsi həyatı ilə bağlı açıqlamalar vermişdi. Çox gözəl bilirdim ki, onun həyat yoldaşı ilə aralarında problem yaşanır və münasibətləri yaxşı deyil. Amma mən bir dost olaraq ondan bu haqda “Xəbər-ətər”də danışmağı istəsəm də, xahiş etdi ki, danışmayım.

Mən də o mövzunu açmadım. Amma özünə dönə-dönə söylədim ki, əgər sən başqa verilişdə bu mövzunu açıb danışsan, səninlə mənim dostluğum bitəcək.

Mənim efirimdən bir müddət sonra Nigar iki verilişə ard-arda çıxıb boşandığını açıqladı. Dost sarıdan ona görə bir az şanssızam. Özünün də xəbəri var ki, mən bu səbəbdən onunla olan dostluğuma son qoydum”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin