“Biz ailə quranda qərara gəldik ki, 6-7 ay sosial şəbəkələrdən uzaqlaşaq. “Sosial media detoksu” edək (gülür). Gənc ailəyik, istədik bir-birimizə daha çox zaman ayıraq. Diqqətimiz bir-birimizdə olsun deyə, uzaqlaşdım həm sosial mediadan, həm də şou-biznesdən”.
Bizim.Media xəbər verir ki, bu sözləri Mina Hüseyn qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi bildirib ki, onun həyat yoldaşı iki yaş ondan kiçikdir.
“Şəxsi həyatım haqda heç nəyi açıqlamadığımdan, insanlar haqqımda müxtəlif şayiələr yaydılar. Biri deyirdi ki, türk vətəndaşıdır, biri deyirdi ki, 50 yaşı var, biri deyirdi ki, “Həci”dir. Həyat yoldaşım azərbaycanlıdır, şuşalıdır. O, iki yaş məndən kiçikdir. Bu hər ikimizin ilk rəsmi nikahı və evliliyimizdir. O da, mən də daha əvvəl evli olmamışıq, subay olmuşuq”.
Mina hələ övlad haqda düşünmədiyini açıqlayıb.
“Beş aydır evliyik. Çalışırıq daha çox özümüzə zaman ayıraq. Uşaq haqda isə hələki düşünmürük. Qismət. Bu, alın yazıdır. Allah nə zaman nəsib etsə, övladımız olar”.
Proqramın aparıcısı Afaq Gəncəlinin ünvanladığı “Boynundan asdığın “N” hərfini görürəm, o, nəyə işarədir?” sualına müğənni belə cavab verib:
“Əslində adım Nərmindir. Mina isə mənim səhnə adımdır. İllər əvvəl kanalların birində oxuyanda mənə elə bir səhnə adı verdilər. Mina adı ilə də davam etdim. Həyat yoldaşım isə mənə Mina yox, Nərmin deyə müraciət edir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:55 / 13.10.2022
Mina Hüseyn ƏRİNDƏN DANIŞDI: "Deyirdilər ki, "Həcidir", 50 yaşı var" - VİDEO
Hazırda oxunan: Mina Hüseyn ƏRİNDƏN DANIŞDI: "Deyirdilər ki, "Həcidir", 50 yaşı var" - VİDEO
Hazırda oxunan: Mina Hüseyn ƏRİNDƏN DANIŞDI: "Deyirdilər ki, "Həcidir", 50 yaşı var" - VİDEO
99030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.