Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənovun başına xoşaqəlməz iş gəlib.
Bizim.Media xəbər verir ki, bloger xaricdə yaşayan dostlarından biri üçün aldığı son model "İphone" telefonun oğurlandığını açıqlayıb.
Hüseynin iddiasına görə, telefonu elə öz işçisi götürüb.
"İşçimə telefon verdim, biletini də aldım və dedim ki, apar dostuma ver. Onun bu gün uçuşu var idi. Səhər tezdən zəng edib ki, telefonu oğurlayıblar. Deyirəm ki, hadisə necə baş verib? Deyir ki, ayaqyoluna getdim, oradan çıxanda başqa torba ilə çıxdım. Sonra qayıtdı ki, paketsiz çıxdım. Bir dediyi digəri ilə üst-üstə düşmür. Bilmirəm nə olub. Amma elə düşünürəm ki, məni aldadır. Əgər həqiqətən də oğurlanıbsa, eybi yox, hər şey baş verə bilər. İndi onu gözləyirəm. Əziz izləyicələr, nə düşünürsüz bu hadisə ilə bağlı?", - deyə Hüseyn bildirib.
Daha sonra Həsənovun 23 milyonluq sosial şəbəkə hesabının izləyicilərindən biri "yalan detektoru"ndan həmin şəxsi keçirtməyi məsləhət bilib.
Hüseyn isə izləyicisinin məsləhətinə əməl edib. Növbəti paylaşımında video bloger qeyd edib ki, "Həmin şəxsi göstərməyəcəyəm. Onun həyatını məhv etmək istəmirəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:07 / 12.10.2022
Hüseyn Həsənovun işçisi onun telefonunu OĞURLADI – VİDEO
Hazırda oxunan: Hüseyn Həsənovun işçisi onun telefonunu OĞURLADI – VİDEO
Hazırda oxunan: Hüseyn Həsənovun işçisi onun telefonunu OĞURLADI – VİDEO
98902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.