“Hər kəs xoşbəxt olmaq istəyir. Hamı fəxrlə, sevinərək ailə qurur. Ağlına belə gəlmir ki, bir gün ailən dağıla bilər. Bir qadın ailəsi dağılmasın deyə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün bunun fərqi yoxdursa, ziyanın yarısından qayıtmaq daha yaxşıdır. Aylardır bu mövzunu qapalı saxlayıram. 6 ay əvvəl boşanmışıq. Tanınmış insansan, xəbər çox tez yayılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Sənətçi hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan ayrılma səbəbindən söz açıb.
Nigar səbəb olaraq boşanmasının nə qısqanclıq, nə də xəyanət olduğunu bildirib.
“Kaş elə qısqanc olardı. Nə qısqanclıq, nə xəyanət var. Böyük səbəblər idi. Xəyanət üçün ailə dağılmaz. Bunu da birmənalı olaraq qəbul eləmir. Qadınlar bu açıqlamaya məni qınayır. Qoy yenə qınasınlar. Xəyanətə görə ailə dağılmamalıdır.
Bəşər belə yaranıb, özünə hörmət edən kişi ailədə qadınına hörmət edər. Adıma görə 2 ildir mübarizə apardım. Qəbul edə bilmirdim ki, ailə necə dağılar? Nə qədər gülürəmsə, bir o qədər də içdə yoxam. Ayaqda durmağa çalışıram.
Bunları yaşadım. Özümü məhv etməklə, zəif göstərməklə düzələn deyil. Mənim üçün ailə müqəddəsdir. Ailəmdə qısqanclığa yol verəcək qadın deyiləm. Sənin üçün birinci sənətdirsə, ailə qurma.
Onun peşəsinə hörmət etdiyim üçün işindən olsun istəmirəm. Əlimdə elə səbəblər var ki... Yaşadığımı heç bir qadına arzulamıram. Yaşadığım 2 ili Allah heç kimin övladına yaşatmasın. Onun illərini verdiyi peşə var, ona hörmət olaraq susuram. Allah onun bundan sonrakı qurbanlarına səbr versin”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:27 / 11.10.2022
Nigar Şabanova BOŞANMASINDAN DANIŞDI: "Yaşadığımı heç bir qadına arzulamıram" - VİDEO
Hazırda oxunan: Nigar Şabanova BOŞANMASINDAN DANIŞDI: "Yaşadığımı heç bir qadına arzulamıram" - VİDEO
Hazırda oxunan: Nigar Şabanova BOŞANMASINDAN DANIŞDI: "Yaşadığımı heç bir qadına arzulamıram" - VİDEO
98660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.