Roza  “qanlı bıçaq” olduğu Sevil-Sevincdən DANIŞDI: “Toylarına çağırsalar, 10 min  manat salaram” - VİDEO

Hazırda oxunan: Roza  “qanlı bıçaq” olduğu Sevil-Sevincdən DANIŞDI: “Toylarına çağırsalar, 10 min  manat salaram” - VİDEO

98469

Müğənni Roza Zərgərli “qanlı bıçaq” olduğu müğənnilər Sevil-Sevinc Səfərova bacılarından söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Nahara az qala" mətbəx şousunda küsülü olduğu əkiz bacıların toylarında iştirak edəcəyini bildirib.


“İştirak edərəm. Çünki düşmən düşməni toyuna çağırmaz. Amma düşmən düşmənin yasına gedər. Əkizlərin atası rəhmətə gedəndə çox məyus oldum. Heç bir qız övladı atasız qalmamalıdır. Bu barışıq demək deyil. Mən onları silmişəm həyatımdan. Ataları vəfat edəndə getmədim yas mərasiminə.
Çünki qarşılanma başqa cür ola bilərdi. Amma ürəyimdə çox pis oldum. Amma toyları olarsa, məni çağırarlarsa, gedərəm. Bəlkə də ən yaxın dostlarının salmayacağı pulu toylarına salaram. Rahat 10 min manat salaram”, - deyə Roza fikirlərini ifadə edib. 

Qeyd edək ki, Sevinc-Sevil Səfərova bacılarını ilk dəfə şou-biznesə “S-Twins” qrupu adı altında gətirən müğənni Roza Zərgərli olub. Lakin sonradan qrupla Roza arasında qalmaqal yaşanıb.

Onların araları dəyib və illərdir ki, düşmən münasibətindədirlər. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin