“Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin çəkdirdiyi yeni fotolarının birinə yazılan şərh rus mətbuatının gündəminə çevrilib.
Bizim.Media xəbər verir ki, müzakirə predmetinə çevrilən şərhi Rusiyanın qalmaqallı ifaçısı Olqa Buzova yazıb.
Olqa “Jony”dən övladının olmasını istədiyini qeyd edib.
“Nə zaman bu fotosessiyanı etdirmisən? Səndən uşaq dünyaya gətirmək istəyirəm”, - deyə Buzova şərh yazıb.
Buzovanın səs-küylü şərhinə “Jony” reaksiya verməyib.
Qeyd edək ki, “Jony” subaydır.
Rəşad Əliyev, Bizim.Media