Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur ulduzu Sibel Canın oğlu Engincan Ural uzun müddətdir birlikdə olduğu Merve Kaya ilə Bodrumda təşkil edilən möhtəşəm toy mərasimi ilə ailə qurub.
Bizim.Media xəbər verir ki, cütlüyün toyuna məşhurlar axın edib.
Engincan 54 yaşlı aktyor atası Hakan Ural da oğlunun toyu öncəsi sosial media hesabından emosional paylaşım edərək gənc cütlüyə xoşbəxtlik arzulayıb.
Cütlüyün toyu axşam saatlarında başlasa da, toy zamanı çəkilən görüntü diqqət çəkib.
Engincanın bacısı Melissa Uralın paylaşdığı fotoda boşqabın üzərində “Melissa” adının yazıldığı görülüb. Bu jestin toyda önəmli qonaqlara edildiyi barədə məlumat təəccüb doğurub.
Bundan savayı məclisdə ilk dəfə qaynana olan Sibel çılğın rəqsləri və emosional çıxışları ilə qonaqların diqqətini çəkib.
Rəşad Əliyev, Bizim.Media