Amerikalı populyar müğənni və aktrisa yeni “chellenge”inə görə qınanıb.
Bizim.Media Cennifer Lopesin “Twitter” hesabına istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə qiymətli əşyalarını çıxarıb atdığı roliki paylaşıb.
C.Lopes bölüşdüyü görüntülərdə dənizin sahilində gəzərkən həm paltarlarını, həm də üstündəki qiymətli zinət əşyalarını çıxarıb kənara tullayır. Müğənni həmin video ilə fanatlarını da bu addımı atmağa çağırıb.
Müğənninin pərəstişkarları paylaşımın altında öz iradlarını aşkar yazıblar:
“Biz belə hərəkət edəcək imkana sahib deyilik...
Dünyada pandemiya olan vaxtda biz bu hərəkətləri edə bilmirik...
Üç maaşımın puluna aldığım eynəkləri atmağımı istəyirsən? Yox! Bizim çimərliklər bağlıdır, ay Ceylo!
İstəyirsən ki, maskasız çölə çıxaq və virusa yoluxaq? Digər tərəfdən mən kasıbam və sənin kimi lüks geyimləri alıb, atmağa pulum yoxdur.”
Qeyd edək ki, bir müddət əvvəl bir striptizçi də Ceniffer Lopesdən 40 milyon ABŞ dolları almaq üçün onu məhkəməyə verəcəyini deyib.
Cenniferin tənqidə səbəb olan rolikini təqdim edirik.
Bizim.Media
The #LoveDontCostAThingChallenge STARTS NOW !!!! Can’t wait to see your renditions. ✨?✨ pic.twitter.com/z1YQRS2gjx
— jlo (@JLo) January 24, 2021