Nadir Qafarzadə vəfat edən BACISI HAQDA: "Bacım bir gün görmədi" - ÖZƏL

Hazırda oxunan: Nadir Qafarzadə vəfat edən BACISI HAQDA: "Bacım bir gün görmədi" - ÖZƏL

97615

Müğənni Nadir Qafarzadənin ailəsində ağır itki baş verib.

Sənətçinin bacısı Sərfinaz Müqbilova uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bizim.Media-nın əməkdaşı ilə söhbətində N.Qafarzadə göz yaşlarına hakim ola bilməyib:

"Çox ağrılı bir itkidir. Hələ də özümə gələ bilməmişəm.

Danışa bilmirəm. Bacım gün görmədi, 58 yaşı vardı. Xəstəlikdən çox əziyyət çəkdi. Allaha hər gün yalvarırdı ki, onun canını alsın. Onun ömrü də buraya qədərdi", - deyə, Nadir bildirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin