Ancelina Coli keçmiş əri Bred Pitti məişət zorakılığına görə məhkəməyə verdi 

Hazırda oxunan: Ancelina Coli keçmiş əri Bred Pitti məişət zorakılığına görə məhkəməyə verdi 

97509

Ancelina Coli “Château Miraval” şərab zavodunun satışı ilə bağlı məhkəmə prosesində keçmiş əri Bred Pittə qarşı əks iddia qaldırıb və onu məişət zorakılığında ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Colinin vəkillərinin sözlərinə görə, Fransadakı “Château Miraval” mülkündəki payının satışı ilə bağlı razılaşma Pittdən Ancelina və uşaqlara qarşı “fiziki və emosional zorakılıq” haqqında məlumatın açıqlanmamasını tələb etdikdən sonra uğursuz olub.  

İddia həm də 2016-cı ildə baş verən və cütlüyün boşanmasına səbəb olan münaqişənin təfərrüatlarını təqdim edib.  

Ancelina Coli və Bred Pitt uşaqları ilə birlikdə Fransadan ABŞ-a şəxsi təyyarə ilə uçublar. Aktrisanın sözlərinə görə, keçmiş əri ona və uşaqlara qarşı fiziki zorakılığa yol verib. Belə ki, “Pitt uşaqlardan birini boğub, digərinin isə üzünə sillə vurub”, Colinin isə “başını tutub silkələyib”. Pitt daha sonra arvadının və uşaqlarının üstünə pivə və qırmızı şərab töküb.  

Bu hadisədən bir neçə gün sonra Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. O, həmçinin FTB-dən işi araşdırmağı xahiş edib. Pitt özü həyat yoldaşına və uşaqlarına qarşı zorakılığı inkar edib. Lakin alkoqol asılılığı problemlərinin olduğunu etiraf edib.  

Aktrisanın nümayəndələri də Colinin bu hadisəni ictimaiyyətə açıqlamaq istəmədiyini, lakin Pittin “Château Miraval”dakı payını satdığı üçün açdığı iddiaya görə buna məcbur olduğunu bildiriblər.  
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt toylarından iki il sonra, 2016-cı ildə boşanıblar. Onların altı övladı var: övladlığa götürülmüş Pax, Maddox və Zahara və bioloji Şilo, Vivyen və Knox. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin