Nazpəri: "Qardaşım müğənni olmağımı istəmədiyinə görə, mənə sillə vurub" - VİDEO 

Hazırda oxunan: Nazpəri: "Qardaşım müğənni olmağımı istəmədiyinə görə, mənə sillə vurub" - VİDEO 

97431

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda qardaşından şiddət gördüyünü dilə gətirib.  

Verilişin aparıcısı Zaur Kamalın "Həyatda ən sərt silləni kimdən almısınız?" sualına Nazpəri belə cavab verib:

"Məktəbdən evə döndüyümdə böyük qardaşım mənə sillə vurub. "Bəla" qardaşım məni vurub.

Qardaşım müğənni olmağımı istəmirdi. Elə ona görə də o mənə əl qaldırıb".  

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin