"Xanım menecerimin "Cartier" butikində olan qolbaqdan çox xoşu gəldi. O həmin qolbağı özünə almaq üçün üç gündür ki, məndən onu sözügedən butikə aparmağımı xahiş edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı bloqer və iş adamı Hüseyn Həsənov sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Hazırda Bakıda olan bloqer yayımladığı görüntülərdə bu sözləri dilə gətirib:
"Bu onun üçün xoş sürpriz olacaq. İndi mən butikə daxil olub, onun üçün həmin qolbağı hədiyyə alacağam".
Həsənov idarə etdiyi lüks avtomobildə "Cartier" brendinin "Juste un Clou" adlı "halqavarı mismar" qolbağı təqdim etdiyi an menecer xanımın təəccübdən "dili-dodağı" quruyub. O sevinc hisslərini belə ifadə edib:
"Ola bilməz?! İndi ağlayacağam. Bu qolbağı hər yerdə axtarırdım, amma tapa bilmirdim".
Qeyd edək ki, "Juste un Clou" adlı "Halqavari mismar" qolbağın qiyməti isə 8000-8500 manat civarındadır. Hüseynin menecer xanıma hədiyyəsi sosial şəbəkə əhli tərəfindən heyrətlə qarşılanıb. Bloqerin subay olmasını ön plana çıxaran izləyicilər onun meneceri ilə eşq yaşadığını iddi aediblər.
Rəşad Əliyev, Bizim.Media