Amerikalı repçi "Balenciaga"nın şousuna DAMĞA VURDU  - VİDEO

Hazırda oxunan: Amerikalı repçi "Balenciaga"nın şousuna DAMĞA VURDU  - VİDEO

97030

Ötən gün İspaniyanın qalmaqallı, eyni zamanda ən dəbli brendi "Balenciaga"nın yeni qış kolleksiyasının nümayişi baş tutub.

Bizim.Media xəbər verir ki, marka ənənəsinə sadiq qalaraq yenə də fərqli məkanda dəb şousunu düzənləyib. 

Belə ki, podiuma çıxan modellər "Balenciaga"nın dəbdəbəli geyimlərini yağışın altında, palçıqda gəzərək təqdim ediblər. 

Moda gecəsinin əsas ulduzu isə bu markaya milyonlarla dollar pul xərcləyən amerikanın məşhur repçısı "Ye" Kanye Uest olub.  

Ulduz podiuma çoxlu cibli "oversize" hərbi gödəkçədə çıxıb. Onun bu gödəkçəsi isə görənləri həm təəccübləndirib, həm də heyran qoyub. 

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin