Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarov Dağıstana yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi səfərdən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Emin Dağıstana getməsini orada verdiyi canlı solo konserti ilə əlaqələndirib və təəssüratlarını bu cür ifadə edib:
“İnanılmaz bir Dağıstan səfəri oldu… Bir ömür boyu unudulmaz hisslər yaşadıq. Dağlarda olduq, Kaspiysk və Maxaçqalaya getdik, dünyanın ən qədim şəhərlərindən olan Dərbəndi gəzdik və təbii ki, möhtəşəm konsert verdik. Bölgənin qonaqpərvərliyi üçün hər kəsə təşəkkür edirəm. Növbəti dəfə görüşənədək!”.
Qeyd edək ki, bir müddət əvvəl Emin Ağalarov İsraildə konsert verib. Həmin ərəfədə isə o, Qüdsə də yollanıb. Orada dini məbədləri ziyarət edən sənətçi dualar edib.
Rəşad Əliyev, Bizim.Media