Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Rəhim Rəhimli ürəktutmasından gecə saatlarında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Əməkdar artist Xəyyam Nisanov mərhumla bağlı xatirələrini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi Rəhimin günlər əvvəl yazdığı mesajını və onunla çəkdirdiyi fotosunu paylaşaraq, həmkarının qəfil gedişindən təsirləndiyini və təəssüfləndiyini yazıb.
Rəhimin Xəyyama yazdığı mesajda deyilir: "16-sı olacağam. Duet də ifa edərik. Bir də gördün piano arxasına keçdim. Xahiş edirəm narahat olma. Sən mənim dostumsan da... Səncə nəsə olsa sənə demərəm. Allah səni var eləsin Xəyyam".
Nisanov isə Rəhimlinin mesajlarına "Sən həmmişə istedadlı olmusan. Çox təəssüf ki, artıq bunu keçmiş zamanda deyəcəyik. Allah sənə rəhmət eləsin. Sən heç kimə əziyyət verməyi xoşlamırdın. Bu gün biz incəsənətimizin yox, xalqımızın dostunu itirdik" , - sözlərini yazıb.
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-dən həmçinin müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyasının olduğu bildirilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:51 / 30.09.2022
Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO
Hazırda oxunan: Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO
Hazırda oxunan: Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO
96757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.