Nazilə: “Qazinin qızının xınasına restoran icazə vermədi” - VİDEO

Hazırda oxunan: Nazilə: “Qazinin qızının xınasına restoran icazə vermədi” - VİDEO

96513

Şairə Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq evindən şikayətçi düşüb.

Bizim.Media xəbər verir ki, sənətçi  sosial şəbəkə hesabında videoçıqlama yayıb.

O, təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini dilə gətirib.
“Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan kənardan heç bir xına şirkətinin girişinə icazə vermir.

Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözündə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”, -deyə Nazilə fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin