Xəbər verdiyimiz kimi, Rusiyada qismən səfərbərlik elan edilib. Ölkənin bir sıra şou-biznes nümayəndələrinə hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.
Bizim.Media xəbər verir ki, baş verən hadisələr fonunda Rusiyanın məşhur azərbaycanlı blogeri, 28 yaşlı iş adamı Hüseyn Həsənov təşvişə düşərək, ötən gün gecə saatlarında ölkəni tərk edib.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Blogerin hansı ölkəyə getməsi haqda isə dəqiq informasiya verilmir. Lakin Hüseynin 23 milyonluq “Instagram” hesabının “Hekayə” bölümündə 14 saat əvvəl Bakıya gəldiyi haqda video paylaşıb.
O, görüntülərə “Bir neçə günlük atamın yanına gəldim. Daha sonra yenidən evə qayıdacağam” şərhini yazıb.
Uşaq yaşlarında anası və qardaşı ilə Azərbaycanı tərk edərək Moskvaya köçən Həsənov ailəsi ilə birlikdə Rusiya vətəndaşlığını qəbul edib. Atası Səttar Həsənov isə Bakıda yaşayır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:51 / 29.09.2022
Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyanı tərk etdi - FOTO
Hazırda oxunan: Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyanı tərk etdi - FOTO
Hazırda oxunan: Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyanı tərk etdi - FOTO
96498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.