Elnarə: "Ermənilərin təxribatı zamanı iki həftə ərimi görmədik" - VİDEO

Hazırda oxunan: Elnarə: "Ermənilərin təxribatı zamanı iki həftə ərimi görmədik" - VİDEO

96489

“Həyat yoldaşım Rövşən çox istəyirdi ki, sentyabrın 15-də oğlumuz Ərtuğrulu məktəbə yola salsın. Amma məlum səbəblərə görə o, Bakıda yox, sərhəd də idi, öz öhdəsinə düşəni edirdi. İki həftə Rövşəni biz ailəlikcə görmədik.

Hər gün ona həsrət qaldıq. Necə ki, hər bir ailə üzvü atasının, qardaşının, həyat yoldaşının və nişanlısının yolunu gözləyir, biz də ailə başçımızın yolunu gözlədik”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovla ailəli olan Elnarə həyat yoldaşının artıq Bakıda olduğunu dilə gətirib.

“Yaxşı ki, ətrafımda uşaqlar vardı. Onlar az da olsa başımı qatdılar. Hazırda Rövşən qayıdıb, Bakıya gəlib. Evdədir. Arzu edirəm ki, sülh və əmin-amanlıq olsun. Allah heç bir ölkəyə müharibə göstərməsin”.

E.Xəlilova bildirib ki, övladlarından biri böyüyəndə hərbçi olacaq.

“Böyük oğlum Tuğay səkkizinci sinifdə oxuyur. Keçən ildən atasına dedi ki, məni xüsusi məktəbə göndər, orada təhsil alıb, hərbçi olmaq istəyirəm. Deyə bilmərəm ki, biz oğlumuzun hərbçi olmaq istəyinə maneə oluruq.

Biz istərdik ki, o, özünü başqa sahələrdə də sınasın. Çünki biz valideyin olaraq hələ ki onu başqa sahədə görürük. Amma o, sözündən dönmür. Bizə deyir ki, 18 yaşına kimi siz deyəni edəcəyəm, amma sonra onsuz da hərbçi olacağam. Siz mənim qarşımı kəsə bilməyəcəksəniz”, - deyə Elnarə fikirlərini ifadə edib.
Qeyd edək ki, Elnarə Xəlilova və Rövşən Cahangirov 2006-cı ildə ailə həyatı qurublar. Cütlüyün bu evlilikdən dörd övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin