Rusiya Silahlı Qüvvələrinin tərkibində olan incəsənət nümayəndələri qismən səfərbərliyə çağırıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Obyasnyayem.rf” hökumət portalı məlumat yayıb.
Bildirilib ki, səfərbərlik mədəniyyət müəssisələrində bronu və ya ordudan möhləti olmayan ulduzlara təsir edə bilər.
Mədəniyyət müəssisələrində həmin sənətçilərin bronu yoxdursa, Rusiya Silahlı Qüvvələrinin ehtiyatındadırlarsa və sağlamlıqlarına görə təxirə salınmaqlarına əsas yoxdursa, səfərbər edilə bilərlər.
Bundan əvvəl reper Timati Özbəkistana mühacirətlə bağlı şayiələri təkzib edib və Moskvada olduğunu bildirib. O, səfərbərlik mövzusuna da toxunaraq, “Vətənə borcun gec-tez ödənilməli olduğunu” vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:33 / 28.09.2022
Rusiyada səfərbərliyə şou-biznes əhli də ÇAĞIRILIR
Hazırda oxunan: Rusiyada səfərbərliyə şou-biznes əhli də ÇAĞIRILIR
Hazırda oxunan: Rusiyada səfərbərliyə şou-biznes əhli də ÇAĞIRILIR
96286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.