Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.
Bizim.Media xəbər verir ki, sözügedən nəğmə Anım Günündə sənətçinin rəsmi musiqi platformalarında təqdim edilib.
“Yada düşürsən” adlı bəstədə Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.
Bildirilib ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.
Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:23 / 27.09.2022
Röya şəhidin sevgilisinə yazdığı məktubu OXUDU - VİDEO
Hazırda oxunan: Röya şəhidin sevgilisinə yazdığı məktubu OXUDU - VİDEO
Hazırda oxunan: Röya şəhidin sevgilisinə yazdığı məktubu OXUDU - VİDEO
96029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.