1.8 milyon dollarlıq üzüyə “Hə” dedi - Ebru Gündeş ƏRƏ GEDİR

Hazırda oxunan: 1.8 milyon dollarlıq üzüyə “Hə” dedi - Ebru Gündeş ƏRƏ GEDİR

95791

Türkiyəli müğənni Ebru Gündeş ərə gedir.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi özündən 19 yaş kiçik iraqlı iş adamı Rassan Xoşnavla ailə quracaq.

Məlumata görə, Rassan Ebruya 1.8 milyon dollarlıq təkdaş üzüklə evlilik təklifi edib.

İş adamı özəl təklifi Dubayda dünyanın ilk yeddi ulduzlu oteli olan "Burj Al Arab"ın ən üst qatında, kral dairəsində edəcək.

Ümumilikdə Xoşnav “Khoshnaw” markasına məxsus üzük daxil 2 milyon dollar xərcləyib. E.Gündeş isə gələcək həyat yoldaşının bu canfəşanlığına “Hə” deyib.

Qeyd edək ki, həbs olunan və daha sonra azadlığa buraxılan Rza Zərrabla Ebru Gündeş 11 il evli olub. Cütlüyün bu nikahdan Alara adlı qızı var. Onlar ötən ilin may ayında boşanıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin