Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz "Yuxu kimi" serialından ayrıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü videoaçıqlamada bildirib.
"Bu gün mənim "Yuxu kimi" serialında sonuncu çəkilişim oldu. Bir müddət sonra serialda canlandırdığım Aqşin obrazını görməyəcəksiniz. Serialdan getməyimin səbəbi odur ki, teatrımızda yeni tamaşa qurulub.
Oktyabrın 7-8-i gəlib premyeramızı izləyə bilərsiniz. Yazıçı Anarın "Mən, sən, o" və "Telefon" əsərləridir. Üstəlik gərgin qrafik, anormal rejim biraz da məni yormuşdu və istirahətə ehtiyacım vardı. "Yuxu kimi" serialının bütün heyətinə uğurlar və bol reytinq arzu edirəm.
Yolumu davam edirəm və yeni təkliflərə açığam", - deyə İbrahim fikirlərini ifadə edib.
Qeyd edək ki, İbrahim Çingiz Səməd Vurğun adına Rus Dram Teratrının aktyorudur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:55 / 24.09.2022
İbrahim \"Yuxu kimi\" serialından getdiyini AÇIQLADI - VİDEO
Hazırda oxunan: İbrahim \"Yuxu kimi\" serialından getdiyini AÇIQLADI - VİDEO
Hazırda oxunan: İbrahim \"Yuxu kimi\" serialından getdiyini AÇIQLADI - VİDEO
95534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.