Bekhemlər ailəsində gəlin-qaynana qalmaqalı PİK HƏDDƏ 

Hazırda oxunan: Bekhemlər ailəsində gəlin-qaynana qalmaqalı PİK HƏDDƏ 

95429

Dünya şöhrətli dizayner Viktoriya Bekhemlə gəlini Nikola Peltz ilə aralarında yaşanan qalmaqal səngimək bilmir.  

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, dizayner gəlininin müsahibəsindən sonra qəzəblənib.  

“Grazia” nəşrinə müsahibəsində Nikola bildirib ki, qaynanası ilə yaranan mübahisəyə Viktoriyanın sahib olduğu “Bekhem” atelyesinin onun üçün gəlin paltarının tikə bilməməsi və onu iqnor etməsi səbəb olub.  
Nəşr bildirib ki, həm Viktoriya, həm də Devid Bekhem gəlinləri ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Viktoriya Nikolanın olanları inkar etmək əvəzinə, onların düşmənçiliyi haqqında şayiələr yaymağa davam etdiyinə görə çaşqındır.  

Bundan əlavə, Viktoriya və əri toydan sonra oğulları Bruklinlə az vaxt keçirdiklərindən çox üzülürlər, halbuki o, arvadının ailəsini tez-tez görür. Devid və Viktoriya oğulları və həyat yoldaşı ilə daha çox vaxt keçirmək, onu ailələrinə qəbul etmək istəyirlər.  
Qeyd edək ki, Nikola Peltz və Viktoriya Bekhem arasında mübahisə şayiələri ilk dəfə Nikolanın toyda “Valentino” geyimində görünməsindən sonra ortaya çıxıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin