Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda ittifaqdan məlumat verilib.
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb.
Allah rəhmət eləsin!
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:25 / 22.09.2022
Azərbaycanlı aktrisa vəfat etdi
Hazırda oxunan: Azərbaycanlı aktrisa vəfat etdi
Hazırda oxunan: Azərbaycanlı aktrisa vəfat etdi
95215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.