Ayrılıq səbəbi üzə çıxdı - Di Kaprio Kamillanı "evdar qadın" etmək istəyib

Hazırda oxunan: Ayrılıq səbəbi üzə çıxdı - Di Kaprio Kamillanı "evdar qadın" etmək istəyib

95206

Dünyaca məşhur Hollivud aktyoru Leonardo Di Kaprio ilə model Kamilla Morronenin ayrılmasının əsl səbəbi üzə çıxıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ayrılıq təşəbbüsü Kamillanın özündən gəlib.

Səbəb Leonun Kamilladan uşaq dünyaya gətirməyi planlaşdırması və ümumiyyətlə onu evdar qadın etmək istəməsi idi.
Lakin 25 yaşlı model hadisələrin belə dönüşünə hələ hazır olmadığını başa düşüb və indi o, tamam başqa həyatın arzusundadır.

Əsas məqsədi isə filmlərdə rol almaqdır. Kamilla 16 yaşından bəri buna can atır. Mənbələr onu da vurğulayırlar ki, Kamillanın aktyorluq karyerasında ona heç bir şəkildə kömək etmədiyi üçün hətta keçmiş sevgilisinə qarşı kin bəslədiyini də vurğulayırlar.

Onların çevrələrində çoxları inanmağa meylli idi ki, əslində Di Kaprio ata olmağa hazır deyildi, əks halda özünü daha ciddi aparardı və ilk növbədə “bu lənətə gəlmiş nişan üzüyünü onun barmağına taxardı”.
Ümumiyyətlə, “25 yaşından yuxarı olmayan sevgililər”in əfsanəsi elə əfsanə kimi də qalıb. Çünki cütlüyün ayrılma hekayəsində modelin yaşının bununla heç bir əlaqəsi yoxdur.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin