Əminə Yusifqızı səhhətindən danışdı: “Ağ yalandır, özümü yaxşı hiss edirəm” - ÖZƏL

Hazırda oxunan: Əminə Yusifqızı səhhətindən danışdı: “Ağ yalandır, özümü yaxşı hiss edirəm” - ÖZƏL

94966

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətində problemlər yarandığı ilə bağlı xəbərlər yayılıb.

Məlumatda bildirilib ki, 85 yaşlı sənətkar bir neçə gündür özünü yaxşı hiss etmir, eyni zamanda bir həftədir ki, yemək yemir.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Xalq artisti ilə əlaqə saxlayıb. 

Ə.Yusifqızı səhhəti ilə əlaqədar yayılan məlumatları yalanlayıb.

“Özümü yaxşı hiss edirəm. Başa düşə bilmirəm, niyə bu cür yalan informasiya yayılır. Mən heç bir informasiya agentliyinə özümü pis hiss etdiyimi və qidalanmadığımı deməmişəm. Ağ yalandır” –, dəyə Ə.Yusifqızı bildirib.
Qeyd edək ki, Ə.Yusifqızının səhhətində problemlərin yarandığı xəbərini “Report” informasiya agentliyi yayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin